Azərbaycan-Türk İşadamları Forumu

25 iyul, 2020-ci tarixində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türk İşadamları Forumu” həyata keçirildi.
Forumun əsas məqsədi gənc sahibkarlara, start-up yaradıcılarına məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ikitərəfli yaxud çoxtərəfli strukturlaşmış və keyfiyyətli ticarət-biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaq, ölkədaxili və ölkəxarici ticarət əlaqələrini gücləndirmək olmuşdur.
Forumda Azərbaycandan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Elnur Əskərov və Türkiyədən MÜSİAD İdarə heyətinin üzvü Davut Altunbaş məruzəçi qonaq qismində iştirak etdilər. Qonaqlar çıxışlarında Azərbaycanda və Türkiyədə pandemiya dövründə baş verən çətinliklər və dövlət tərəfindən sahibkarlara göstərilən dəstəklərlə bağlı məlumatlar vermiş daha sonra iştirakçıların suallarını cavablandırmışdırlar.
Forumda Türkiyədən və Azərbaycandan 70-ə yaxın sahibkar iştirakçı qatılmışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *