“Könüllülər ili” və gənclər təşkilatlarının fəaliyyəti ilə əlaqədar konfrans

9 may 2020-ci il tarixində “Könüllülər ili” və gənclər təşkilatlarının fəaliyyəti ilə əlaqədar onlayn konfrans keçirilib.
Konfransda Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar Kamal Cəfərov, Elnur Allahverdiyev, Könül Nurullayeva, Şahin İsmayılov, Şahin Seyidzadə və Ramin Məmmədov, Aparatının bir qrup əməkdaşı, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, həmçinin ölkəmizdə fəaliyyət göstərən əksər gənclər və könüllülər təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi barədə 2019-cu il 30 dekabr tarixli Sərəncamının mühüm əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, bu sənəd ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bariz nümunələrindəndir, dövlətimizin başçısının imzaladığı bu qərar gənclərin öz potensiallarına inamlarının artmasına mühüm töhfə verib.
Konfransın əsas məqsədi könüllüləri və gənclər təşkilatlarının nümayəndələrini dinləmək, onları narahat edən məsələləri müəyyən etmək və həlli istiqamətində təkliflər hazırlamaq olub. Konfrans maraqlı müzakirə ilə müşaiyyət olunub. Konfransda 20-dən çox iştirakçı iştirak etmişdir.
Baş tutmuş konfransda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının prezidenti Aytən Əliyeva da iştirak etmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *