Gələcəyin Diplomatları

25 Yanvar-14 Mart, 2020 | Hər şənbə, 11:00 | Binəqədi Gənclər Evi

Beynəlxalq sistemdə nizamsız hərəkətlənmələr baş verir. Ona görə də gənc diplomatlar diplomatiya sahəsinə xüsusilə diqqətli yanaşmalıdırlar. Diplomatiyada əsas məsələ beynəlxalq münasibətlər sistemində sülhün qorunub saxlanılması və dövlətlərarası səmərəli əməkdaşlığın təşviqidir. Sülhün qorunması beynəlxalq sistemdə mövcud olan bütün anarxik qaydaları dəyişmə gücünə malikdir. Yerli diplomatların təcrübə məsələsi problemin ən böyük tərəfidir. Problemin əsas tərəfi də diplomatların öz ölkələrinin tarixlərini, yanaşdıqları məsələlərin tarixi köklərini bilməməklərindən irəli gəlir. Məsələn, istənilən münaqişəyə yanaşmada o münaqişənin tarixini, tarixi köklərini bilmək problemin həll olunması üçün vacib məqamlardan biridir. İkili diplomatiyanın mövcudluğu da problemin digər bir tərəfidir. Diplomatların bu məsələyə yanaşması həmişə adekvat olmalıdır. Yəni diplomat beynəlxalq sistemdə mövcud olan qaydaları başlıca prinsip götürərək fəaliyyət göstərməlidir. Bu məqsədlə gənc diplomatlar üçün bu layihənin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Layihə gənc diplomatların beynəlxalq arenada özlərini təcəssüm etdirə bilmələrinə kömək edəcək. Yəni onlar auditoriya qarşısında öz ideoloji fikirlərini əsaslandıra biləcəklər, diplomatik bilik və bacarıqlarını formalaşdıracaqlar.

Layihənin məqsədi:

  • Ölkəmizdə beynəlxalq münasibətlər və diplomatiya ixtisasları üzrə təhsil alan gənclərin beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və vərdişlərini inkişaf etdirmək və onların ictimai həyatda fəallığına dəstək olmaqdır.

Layihənin vəzifələri:

  • Bu sahənin mütəxəssisləri ilə dəyirmi masa və seminarların keçirilməsi, gənclərin dünyada baş verən hadisələri təhlil etmək bacarığının formalaşdırılmasına zəmin yaratmaqdır.
  • Təlimçilər və xüsusi dəvət olunmuş qonaqlar vasitəsi ilə beynəlxalq münasibətlər və diplomatiya sahəsinə aid mövzular üzrə seminarlar təşkil edərək və müzakirələr apararaq gənclərin bu sahə üzrə yeni biliklər və məlumatlar əldə etməsidir.
  • Gənclərin diplomatiya sahəsində önəmli rol oynayan mütəxəssisləri və tanınmış simaları daha yaxından tanıyaraq onlarin bilik və təcrübələrini öyrənməkdir.

Layihədə iştirak edəcək gənclərə diplomatiyanın əsasları, vəzifələri (danışıqlar aparmaq, mövcud münasibətləri mühafizə etmək, dövlətlərarası sazişlər bağlamaq, münaqişələrin, mübahisəli ərazilərin sülh yolu ilə həll edilməsi), diplomatoyanın müasir regional münaqişələrin həllində rolu, beynəlxalq münasibətlərə təsir gücü və s. mövzularda müxtəlif təlimlər keçiriləcək. Eyni zamanda layihənin formatına uyğun olaraq təlimlərdə iştirak edəcək gənclərə diplomatik protokol qaydaları, diplomatik immunitet və imtiyazlar, ayr-ayrı dövlətlərin xarici siyasəti, beynəlxalq təşkilatlar və s. haqqında məlumatlar veriləcək. Bu layihə beynəlxalq münasibətlər və regionşünaslıq ixtisasında təhsil alan gənclərın həyatında vacib rol oynayacaqdır. Layihədə beynəlxalq münasibətlər və diplomatiya sahəsində önəmli rol oynayan tanınmış simalar da iştirak edəcəklər. Proqrama uyğun olaraq gənclər beynəlxalq danışıqların aparılması, press-reliz və bəyanatların yazılması, mədəniyyətlərarası ünsiyyətin əsasları kimi praktiki mövzular üzrə də təlimlərdə iştirak edəcəklər. Təlimlərdə Avropa İttifaqı, ABŞ, Türkiyə, Rusiya və digər bölgələrin xarici siyasət prioritetləri, beynəlxalq hüquq və siyasət, beynəlxalq münaqişələr və s. mövzular da əhatə olunacaqdır. Təlimlər Azərbaycanın bir sıra universitetlərinin yerli professor və müəllim heyəti, Bakıda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşları, hökumət və biznes sektorunun ekspertləri tərəfindən keçiriləcəkdir. İki aylıq təlimi başa vuran gənclər sertifikatlar ilə təltif olunacaqlar. Təlim-seminarların aşağıdakı mövzularda keçirilməsi nəzərdə tutulur:

  • Diplomatiyanın əsasları
  • Azərbaycan Respublikasının xarici siyasət prioritetləri
  • Diplomatik ünsiyyət dili: təhriketmə, yoxsa çəkindirmə vasitəsi?
  • Lobbiçilik nədir?
  • Beynəlxalq təşkilatlar: təzyiq vasitəsi, diplomatlar klubu, yoxsa tənzimləyici institut? 
  • Müasir regional münaqişələrin həllində diplomatiyanın rolu
  • Müasir beynəlxalq münasibətlərdə diplomatiyanın təsir gücü
  • Yeni dünya nizamı və qlobal çağırışların müasir diplomatiyanın funksiya və vəzifələrinə təsiri

Layihənin hədəf qrupu:

Layinənin hədəf qrupu kimi əsasan 18-29 yaşlı gənc təbəqə götürülmüşdür. Layihənin iştirakçıları qismində Azərbaycanda təhsil alan yerli gənc tələbələr və fəal gənclər arasından 30 nəfər seçiləcəkdir. Beləliklə, layihədən yararlananlar aşağıdakılar olacaqdır:

  • Müxtəlif ali təhsil müəssisələrində təhsil alan gənclər (ixtisas fərqi yoxdur);
  • Beynəlxalq münasibətlər və diplomatiya sahəsində fəaliyyət göstərən gənclər;
  • Xüsusi dəvət olunan qonaqlar;
  • Mövzu üzrə fəaliyyət göstərən xüsusi araşdırmaçılar.

Layihədə iştirak etmək istəyənlər mürciət formasını dolduraraq onlayn formada müraciət edəcəklər. İştirakçıların seçim prosesi qeyd olunan əsas sənədlər əsasında müəyyənləşdiriləcəkdir. Seçim prosesinin nəticəsi olaraq 2 aylıq müddəti əhatə edən layihədə iştirak etmək üçün 30 nəfər iştirakçı seçiləcək. Layihə ərzində iştirakçılar həftədə bir dəfə, şənbə günləri təlim-seminarlarda iştirak edəcək və beynəlxalq münasibətlər və diplomatiya sahəsi üzrə fəaliyyət göstərən mütəxəssislərlə, politoloqlarla və siyasi qonaqlarla görüşmüş olacaq, müzakirələr aparacaqlar. Eyni zamanda onların da bilik və bacarıqlarından faydalanmış olacaqlar. Layihənin sonunda təlim və seminarlarda iştirak edən hər bir gəncə sertifikat təqdim olunacaq.

Son qeydiyyat tarixi: 23 dekabr 2019-cu il

Layihə 25 yanvar-14 mart 2020-ci il tarixlərində, hər şənbə Binəqədi Gənclər Evində keçiriləcəkdir.

Müraciət üçün aşağıdakı linkdən qeydiyyat keçə bilərsiniz:

https://docs.google.com/forms/d/e/1FAIpQLSfS8nutWOleNzCkIlNwz6a4-9XuGo_gD28rD73A5ohdCtXSGQ/viewform

Əlavə məlumat və suallarınız üçün aşağıdakı əlaqə vasitələri ilə bizimlə əlaqə saxlaya bilərsiniz:

https://www.facebook.com/GreatSilkWayInternationalYouthUnion

https://www.instagram.com/gsw_youth/

https://twitter.com/greatsilkway

E-mail: secretariat@gswyouth.org, greatsilkway.youth@gmail.com

Telefon: +994125974886

Mobil (WhatsApp): +994509716970

Leave a Reply

Your email address will not be published. Required fields are marked *