“Gənclərin karyerada yüksəliş imkanları”

21 sentyabr 2019-cu il tarixində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “Gənclərin karyerada yüksəliş imkanları” adlı təlimi həyata keçirilmişdir. Təlimdə müxtəlif ali təhsil müəssisələrini təmsil edən 28 gənc iştirak edib.
Təlim zamanı iştirakçılara təhsildə və kariyerada uğur qazanmağın, müvəffəqiyyət əldə etməyin yolları, könüllük fəaliyyətinin üstünlükləri, gənclərə ünsiyyət, əməkdaşlıq, problemlərin həlli kimi təhsil və iş həyatında lazım olan şəxsi və peşəkar bacarıqlar haqqında faydalı məlumatlar verilmişdir. Təlim zamanı gənclər kariyera inkişafı istiqamətində gənclər yeni iş imkanları, CV və istək məktubunun hazırlanması, iş müsahibələri, işə düzəlmə üçün hüquqi-normativ sənədlər və onların tərtibi, dövlət qulluğuna hazırlıqla bağlı bacarıq və vərdişlərə yiyələnmə mövzularında geniş məlumatlar əldə etmişdirlər.
Qeyd edək ki, təlim Təhsil Nazirliyinin nümayəndəsi və eyni zamanda Azərbaycan Dillər Universitetinin müəllimi Hökümə Abbasovanın təqdimatında baş tutmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *