“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı “Beynəlxalq arenada Mən” adlı layihə həyata keçirmişdir.

Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Sabunçu Gənclər Evində  “Beynəlxalq arenada Mən” adlı layihəsi keçirilmişdir.

Tədbirin əsas məqsədi yerli gənclərin beynəlxalq arenaya çıxışını və inteqrasiyasını təmin etmək, eləcə də beynəlxalq tədbirlər və bu tədbirlərdə etiket qaydaları haqqında məlumatlandırmaq. Layihənin hədəf qrupu 14-29 yaş arası gənclərdən ibarət olmuşdur.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Layihələr üzrə katibi Zərifə Qəhrəmanlı təlim zamanı gənclərə ittifaqın uğurlu strategiyası, əldə etdiyi mükafatlar, həyata keçirdiyi beynəlxalq və yerli layihələr haqqında detallı məlumatlar vermişdir. Təlimin irəliləyən saatlarında seminarı məşhur təlimçi Orxan Şahbaz davam etmişdir.

Layihə çərçivəsində gənclər komandada işləmək bacarığının inkişaf etdirilməsi, beynəlxalq tədbirlərdə iştirak üçün praktik təcrübələr, dünya görüşünün artırılması, sual-cavab sessiyalarında iştirak etmək bacarığının artırılması kimi bilik və bacarıqlara yiyələnmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *