Beynəlxalq arenada Mən!

Əziz dostlar, sizi beynəlxalq təmsilçi kimi yetişdirəcək seminarda iştiraka dəvət edirik!

21 iyun saat 14:30-da Sabunçu Gənclər Evi ilə həyata keçiriləcəyimiz seminarda siz beynəlxalq layihələrdə iştirak üçün açar yolları öyrənəcəksiniz.

Layihənin məqsədi: Yerli gənclərin beynəlxalq arenaya çıxışını və inteqrasiyasını təmin etmək, eləcə də beynəlxalq tədbirlər və bu tədbirlərdə etiket qaydaları haqqında məlumatlandırmaq.

Layihə çərçivəsində gənclərin əldə edə biləcəyi konkret bilik, bacarıq və vərdişlər:
1) Komandada işləmək bacarığın inkişafı
2) Beynəlxalq tədbirlərdə iştirak üzrə biliklərə yiyələnməsi
3) Dünya görüşünün artırılması
4) Sual-cavab sessiyalarında iştirak etmək bacarığının artırılması

Layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər:
1) Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqı haqqında təqdimat
2) Komanda quruculuğu sessiyasının keçirilməsi
3) Böyük İpək Yolu və Sabunçu Gənclər Evinin nümayəndələrinin moderatorluğu ilə mövzu üzərində interaktiv müzakirənin keçirilməsi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *