“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramında iştirak etmək istəyən gənclərin nəzərinə

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına start verilir.

İddiaçıların seçimi aşağıdakı meyarlar üzrə müəyyən ediləcəkdir:

• Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalı;
• yaşı 18-25 arasında olmalı;
• Azərbaycan vətəndaşı olmalı;
• təşkilatçılıq bacarığına malik olmalı;
• geniş dünya görüşünə malik olmalı;
• ünsiyyət və əlaqə qurmaq bacarığına malik olmalı;
• komanda ilə iş bacarığına malik olmalı;
• ictimai fəal olmalı;
• yerli və beynəlxalq gənclər tədbirlərində təmsil olunmalı.

Namizədlər siyahısına daxil edilmiş hər bir gənc müsahibəyə dəvət ediləcəkdir. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcəkdir.

Ətraflı məlumat üçün: https://bit.ly/2PgHtP8

Leave a Reply

Your email address will not be published. Required fields are marked *