Great Silk Way International Youth Union with the support of the Council on the State Support to NGOs under the President of the Republic of Azerbaijan will hold trainings on promoting sustainable development in Azerbaijan. 


Əziz gənclər sizi qlobal mövzu haqqında fikir mübadiləsinə dəvət edirik.

 

Bugün BMT-nin qarşısında duran əsas məsələlərdən biri 2030-cu ilə qədər dünyamızın bütün simasının dəyişməsinə hədəflənən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsidir. Bütövlükdə isə dünya bu möhtəşəm proqramın reallaşdırılması sayəsində dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda təşviqini əsas proritet hesab edir. Araşdırmalar göstərir ki, insanlar Dayanıqlı İnkişaf Məqsədlərinin və məqsədlər üzrə keçirilən yerli və beynəlxalq tədbirlər haqqında az məlumatlıdırlar, xüsusilə gənc nəsil. Buna görə də, bu mövzu üzrə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dəstək Şurasının mailyyə dəstəyi ilə həm məlumatverici, həm də qlobal məqsədlərin müzakirə oluna biləcəyi təlimlərin təşkil olunacaq.

Təlimlər  21-22-23 iyun 2018 –ci il tarixində Dunya Biznes Mərkəzinin konfrans zalında keçiriləcəkdir. Təlimlərdə 18-30 yaşlı gənclər əsasə hədəf qrup kimi götürülmüşdür.Təlim ərzində iştirakçılar lazimi vəsait və yeməklə təmin olunacaqlar. Təlimin sonunda sertifikatla təmin olunacaqlar.

Qlobal problemlərin həlli, beynəlxalq normalar haqqında peşəkar təlimçidən faydalı məlumat alıb, DİM-lərin təşviqinə dair yaratdığımız platformada öz layihələrinizi təklif eləmək istəyirsənizsə aşağıdakı linkdən qeydiyyatdan keçin. Yerlər məhduddur

Links

© 2012 - Site by WebStudio.Az